Xəbər lenti

DYP hava şəraitinə görə sürücülərə müraciət etdi
Ölkə13:08 02.11.2019

DYP hava şəraitinə görə sürücülərə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün günün ikinci yarısından etibarən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında hava şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsindən Qaynarinfo-ya verilən məlumata görə, DYP qeyd olunan hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edib. DYP sürücülərin və nəqliyyat vasitələrinin sahiblərinin nəzərinə çatdırır ki, yola çıxmazdan əvvəl ilk növbədə nəqliyyat vasitələrinin texniki vəziyyətinə bir daha diqqət yetirsinlər, aşkar olunan nasazlıqları aradan qaldırsınlar və mümkün qədər günün işıqlı vaxtlarında yola çıxmağa üstünlük versinlər.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.