Xəbər lenti

DYP-yə verilən yeni avtomobillərin xarakteristikası və qiyməti (FOTO)
Ölkə06:15 16.11.2017

DYP-yə verilən yeni avtomobillərin xarakteristikası və qiyməti (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti bölüyünə təqdim olunan avtomobillərin qiyməti bəlli oldu.
"Qaynarinfo"nun Oxu.Az-a istinadən xəbərinə görə, avtomobil ticarəti ilə məşğul olan şəxslər hesab edir ki, 2017-ci il istehsalı olan "Mercedes" AMG C43 markalı avtomobilin qiyməti komplektasiyasından aslı olaraq 60-70 min (119 000 AZN) dollar civarındadır.
Avtomobil 2014-cü ildən buraxılır:  "Mercedes" AMG C43 (w205)  markalı avtomobillər tvin turbo 3 litr həcmində V6 tipli, 362 at gücündə olan mühərriklə, 7 pilləli avtomat sürət qutusu ilə təhciz olunur.
Qeyd olunan nəqliyyat vasitəsi 100 kms sürəti 4,6 saniyə yığır. 100 km-də benzin sərfiyyatı 11 litr təşkil edir.
Avtomobil alqı-satqısı ilə məşğul olanların sözlərinə görə, DYP-yə verilən yeni  "Mercedes C class" avtomobilləri əgər Rusiyadan zəif (Mexanik sürət qutusu və zəif komplektasiyası) komplektasiyada gətirilibsə, onların qiyməti 20-25 min (59 000 AZN) dollar təşkil edə bilər. Təxminən 1 350 000 rubla (22 748 USD) həmin avtomobillərin ən zəif komplektasiyasını almaq mümkündür. Bildirmək istəyirik ki, fotoda olan model  AMG deyil. Adi "C class"dır. DYP-yə verilən avtomobillər xüsusi buraxılış olur, onlar mexanik sürət qutusuna da malik ola bilərlər. Üstəlik, adi istehlakçıya satılan avomobilin qiyməti ilə ayr-ayrı dövlət orqanlarına satılan avtomobilin qiyməti çox fərqlidir. O səbədən DYP-yə verilən avtomobillərin qiymətini bilmək çətindir.

Qaynarinfo.Az