Xəbər lenti

DYP «zerkalni» nömrələrin əsl qiymətini açıqladı (FOTO)
Ölkə07:42 25.09.2017

DYP «zerkalni» nömrələrin əsl qiymətini açıqladı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda vətəndaş "zerkalni" avtomobil dövlət nömrə nişanı almaq istəyən şəxs Baş Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlayıb.

"Qaynarinfo" baku.ws-ə istinadən xəbər verir ki, Pərviz Məmmədov adlı şəxsin DYP-yə yazdığı məktubda "333 444 222" tipli nömrə almaq istədiyini bəyan edib.

DYP-dən isə vətəndaşın müraciətinə cavab gecikməyib. Bildirilib ki, sürücü 500 AZN dövlət rüsumu ödəməklə "zerkalni" avtomobil dövlət nömrə nişanı ala bilər.

Baş Dövlət Yol Polisi İdarəsinin cavabını təqdim edirik.

Qaynarinfo.Az