Xəbər lenti

Döyülən icra başçısı danışdı
Ölkə09:37 04.04.2013

Döyülən icra başçısı danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Barəmdə yayılan bu xəbər qeyri-ciddi və yalan dolu bir xəbərdir. Mən hazırda ailə üzvlərimlə birlikdə məzuniyyətdəyəm. Bu xəbəri isə gülərək oxudum. Olmayan bir şey barəsində nə deyə bilərəm? Görünür, jurnalistin mövzu qıtlığı olub ki, belə uydurma bir məlumat yayıb”.

Qaynar.info xəbər verir ki, bu sözləri bizimyolinfo.com-a açıqlamasında Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev “Yeni Müsavat” qəzetində döyülməsi barədə xəbərə aydınlıq gətirərkən deyib.

İcra başçısı həmçinin, bildirib ki, rayonda abadlıq-quruculuq işləri yüksək səviyyədə davam edir: “Bizim gördüyümüz işlər göz önündədir. Yerli əhali də işlərimizdən razıdır. Biz qurub-yaradırıq”.

Qaynar.info