
Suraxanı rayonu ərazisində yerləşən 7 saylı internat məktəbində təhsil alan Nahid Cavadovun döyülməsi barədə yayılan məlumat, sonradan isə bu faktın rəsmi qurumlar tərəfindən elə rəsmi olaraq təkzib olunması xəbəri ikinici plana atdı.
ANS TV-nin məlumatına görə, amma dünən gecə Nahid Cavadovun direktor tərəfindən döyülməsini bildirən videonun yayılması isə yenidən bu məsələyə qayıtmağımıza səbəb oldu.
8 yaşlı balacanın bu çıxışı yenidən ictimaiyyəti çalxaladı. O, çox açıq şəkildə bildirir ki, məhz məktəbin direktoru tərəfindən küt alətlə döyülüb. Məhz bu video yayılandan sonra yenidən təhqiqat başlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadəyə istinadən toplanmış materiallar araşdırılması üçün Suraxanı Rayon Prokurorluğuna göndərilib.
Ötən gün isə Təhsil və Daxili İşlər Nazirliklərinin əməkdaşları məktəbədə olaraq hadisədə iştirakı olan bütün şəxslərin izahatını almışdılar. Həmçinin balaca Nahid də dindirilmişdi. O, dindirilmə zamanı yıxıldığını bilidirib. Amma sonradan bu videonun yayılması şübhəli məqamları oraya çıxardı. Hər halda fakt araşdırılır.
Qaynar.info