Xəbər lenti

Döyüşlərdə əsir götürülən olub? - AÇIQLAMA
Ölkə07:11 09.04.2016

Döyüşlərdə əsir götürülən olub? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
  1. Aprelin 2-4-də Dağlıq Qarabağ münaqişəsi zonasında, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gedən qızğın döyüşlərdən sonra Azərbaycan və Ermənistan tərəfdə hərbi əsirlərin olmasına dair məlumat yoxdur.
Bununla bağlı milli.az-ın sorğusuna cavab olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, hələ ki, son döyüşlərdən sonra BQXK-ya tərəflərdən hərbi əsirlərlə bağlı müraciətlərin daxil olmasına dair məlumat yoxdur.
Qeyd edək ki, tərəflər də özlərində hər hansı hərbi əsirin olması barədə heç bir rəsmi məlumat verməyiblər.
Qaynar.info