Xəbər lenti

Döyüşlərdə iştirak edən hərbçilərin maaşı bu qaydada artırılacaq (RƏSMİ)
Ölkə09:14 17.11.2021

Döyüşlərdə iştirak edən hərbçilərin maaşı bu qaydada artırılacaq (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı anda döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən və bu hərbi hissələrə ezam olunan hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan vəzifə maaşı, rütbə maaşı və xidmət illərinə görə əlavə 1,5 qat (variant – 2 qat. DTX) hesablanacaq.
Qaynarinfo xəbər verir ki, bu, "Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.
Cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı anda döyüş tapşırığı almış hərbi hissələrin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.