
Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin doğum günündən 75 il keçir.
Anspress.com-un məlumatına görə, bu münasibətlə 24 iyun tarixində müxalifət partiyalarının liderləri Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər. Anım mərasimində çoxlu sayda elçibəysevərlər iştirak edib.
Əbülfəz Elçibəyin məzarı önünə gül çələngləri qoyulub, ruhuna dualar oxunub.
Allah rəhmət eləsin!
Qaynar.info









