Xəbər lenti

Əbülfəz Qarayev Rəsul Quliyevin adamlarına vəzifə paylayır - FOTO
Ölkə06:50 07.07.2014

Əbülfəz Qarayev Rəsul Quliyevin adamlarına vəzifə paylayır - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Turizm və mədəniyyət naziri lisenziya idarəsinə sabiq spikerin ən yaxın adamını müdir təyin edib 

Turizm və mədəniyyət naziri Əbülfəz Qarayev sabiq spiker Rəsul Quliyevin ən yaxın adamlarını başına toplamağa başlayıb. 

JAM.AZ xəbər verir ki, 2005-ci ilə kimi ADP-nin aktiv üzvlərindən olan və mütəmadi olaraq prezident İlham Əliyevin əleyhinə keçirilən aksiyalarda iştirak edən Rəhman Oruclu artıq yüksək postlardan birinə təyinat alıb. 

Məlumatlara görə, ADP Ali Məclisinin sədri olmuş Telman Oruclunun qardaşı oğlu olan Rəhman Oruclu hal hazırda Mədəniyyət və Turizm Nazirliyinin lisenziya idarəsinin müdiri postuna rəhbər gətirilib. Bu idarənin nazirlikdə ən gəlirli yerlərdən biri olduğu deyilir. Belə ki, bütün otellərə və istirahət mərkəzlərinə lisenziyaların verilməsini məhz sözügedən idarə həyata keçirir. 

JAM.AZ-a verilən məlumatda vurğulanır ki, Rəhman Oruclu sözügedən posta təyinat aldıqdan sonra hotel və istirahət mərkəzləri üçün nəzərdə tutulmuş «haqq»ın qiyməti artırılıb. Məsələn, əgər Quba və ya Masallıda hansısa otelə fəaliyyət göstərmək üçün verilən lisenziyaya görə, 40-50 min manat pul alınırdısa, Oruclunun müdirliyi dövründə bu rəqəm 100 min manata qaldırılıb. 

Bundan əlavə, nazir Qarayevin daha bir neçə rəsulçunu nazirlikdə posta gətirib. Həmçinin bəzilərinə isə Bakı və ətraf şəhərlərdə postlar verib. Nazirlikdə nazirin bu addımı birmənalı qarşılanmayıb. Onlar bir zamanlar prezident İlham Əliyevin əleyhinə çıxmış, hətta əllərində “İstefa” şüarları yazılmış plakatları gəzdirən şəxslərin total şəkildə TMN-də vəzifə verilməsini daha çox “təxribat” kimi dəyərləndirirlər. 

Məsələ ilə bağlı Rəhman Oruclunun mövqeyini öyrənməyə çalışsaq da, o, bizə bununla bağlı danışmaq istəmədi. Yeganə sözü isə bu oldu ki, «Nə bilirsiniz, onu da yazın».