Xəbər lenti

“Əcəb edib kəsirik, kimə deyirsiz deyin" - FOTO
Ölkə14:46 14.05.2015

“Əcəb edib kəsirik, kimə deyirsiz deyin" - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yasamalda - Əsəd Əhmədov küçəsində yaşlı ağacları kəsirlər. “Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Turxan Kərimov şəxsi "Facebook" səhifəsində məlumat paylaşıb. 
Onun sözlərinə görə, ətrafdakı insanlar məsələyə irad bildirsələr də ağacları doğrayan şəxslər buna məhəl qoymayıblar: “Ağac kəsənlərin fotosunu çəkəndə “Çəkin, əcəb edib kəsirik. Kimə deyirsiz deyin, qorxmuruq” deyib ağacları kəsməyə davam ediblər. Yaşıl ağacı kəsməklə ekoloji terroru davam etdirirlər”.
Qaynar.info