Xəbər lenti

Əcnəbilər Azərbaycanda viza ala biləcəklər
Ölkə06:28 07.05.2016

Əcnəbilər Azərbaycanda viza ala biləcəklər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Nazirlər Kabineti "Viza blankının doldurulması Qaydası"nın, "Viza almaq üçün ərizə-anket"in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunəsinin təsdiq edilməsi haqqında" qərarına dəyişikliklər edib.

Qaynarinfo.az trend-ə istinadən bildirir ki, dəyişikliklərə əsasən, əcnəbilərin Azərbaycan Respublikasının ərazisində Xarici İşlər Nazirliyindən viza almaq proseduru müəyyənləşdirilib və Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anketin nümunəsi təsdiq edilib.

Bu qərar dərc edildikdən 30 gün sonra qüvvəyə minir.

Qaynarinfo.az