
Rublun ucuzlaşması və ölkədə baş verən böhran Rusiya vətəndaşlarının istirahətinə də əngəl törədib.
Axar.az xəbər verir ki, bu öz növbəsində rus turistləri gözləyən Türkiyənin turizm sektorunu alt-üst edib. İlkin məlumata görə, bu il 1 milyon turist Türkiyəyə istirahətə gedə bilməyəcək.
Nəticədə gözünü Avropaya çevirmək məcburiyyətində qalan türk turizmçilər buradan əsl zərbəni alıblar. Tur şirkətləri Türkiyədə otellərin baha olduğunu və qiymətlərin endirilməsini istəyiblər.
Bunu nəzərə alan turizmçilər mövsümü boş keçirməmək üçün qiymətləri 20 faiz endirəcəklər. Lakin bu da otellərin tam dolmasına gətirib çıxarmayacaq.
Bildirək ki, turist böhranına görə, bir çox otellər sezonu noyabrda yox, oktyabrda bağlamağı planlaşdırırlar.
Qaynar.info