Xəbər lenti

ƏDƏBİ SEPARATİZMƏ SON!
Ölkə10:28 15.04.2013

ƏDƏBİ SEPARATİZMƏ SON!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mövlud Mövlud

Viktor Hüqo “Səfillər”in ən həyəcanlıyerində, hər şeyi bir kənara buraxıb Vaterleo döyüşünün təsvirinəkeçəndə, əvvəl təəccüblənmiş, sonra təəssüflənmişdim. Uzun-uzadıtəsvirlər, roman müəllifinin Bonapart barədə qənaətləri... Və buqənaətləri romantik dəbdəbə ilə qələmə alması, açığını deyim ki, mənəbir az yersiz kimi görünmüşdü. “A yığvalın qara gəlməsin, yazıqsan,Vaterleonu qoy bir qırağa, yaz görək, Jan Valjanın axırı nə oldu?"-deyə,düşünmüşdüm.

Ol zamanlar mən Barat Vüsaldan və YaralıBəxtiyardan başqa kimisə oxumamışdım. Bir də deyəsən Zahir Əzəməti.Birdən-birə dünyanın beşinci müqəddəs kitabıyla tanış olmaq çətin iditəbii ki. Axı, mən onuncu sinifə gəlib çıxmamışdım, biz hələ Napoleondövrünün Fransasını öyrənməmişdik. Hələ bilmirdim ki, Vaterleo döyüşününnəticəsi nəinki Napoleonun, nəinki Fransanın, bütün Avropanın, həttadeyərdim ki, bütün dünyanın xəritəsinə, tarixinə və taleyinə təsir edib.

Viktor babanın da bu döyüşü, belə ətraflıtəsvir etməsinin kökündə bu səbəblər dayanırdı yəqin ki; “Səfillər”əsəpələnən səfillər, o dövrün, Fransa ədliyyə sistemində banlayanədalətsizliklər Vaterleo faciəsindən doğmuşdu.

Napoleonxərçəngə mübtəla olduğunu eşidəndə demişdi: “Bu, xərçəng deyil, bu,mənim içimə sirayət etmiş Vaterleodur!” Hüqo da yəqin belə deməkistəyirmiş: “ Bunlar səfillər deyil, bunlar, Fransanın küçələrinətökülmüş Vaterleolardır!” Allahlıq etmək istəyən hökmdarlardan geriyəxarabalıqlar və səfillərdən başqa nə qala bilərdi ki?

SözümüzünMustafasına gələk, ya gəlməyək? Gəlsək yaxşıdır, yoxsa, redaktorumuzunbizə ayırdığı köşə yeri dolar, danışıq limiti bitmiş prezidentliyənamizədlər kimi sözümüz ağzımızda qalar. Nəyi demək istəyirəm? Deməkistəyirəm ki, dünyanın bütün xalqları kimi bizim- Azərbaycan türklərinində tarixində məsuliyyətli məqamlar olub. Məğlubiyyətlər qələbələri, gözyaşları, sevincləri, güllələr gülləri əvəz edib.

Bəsyaxşı, bizim yazıçılar, bizim şairlər neyləyib? Heç nə, nə eləyəcəklər,Şaumyana baba, Məmməd Əminə şarlatan deyiblər, Müşfiqlərin, Cavidlərinölümünə qol qoyub, Təbriz həsrətindən qəzəl yazıblar, milli azadlıqhərəkatı dövründə, müstəqillik əldə etdikdən sonra KQB-nin arxiviniaçmaq, həqiqətin gözünün içinə dik baxmaq əvəzinə “qızıldan qiymətli”dədələrinin üst-başının tozunu təmizləyiblər.

Birdəfə, yadımdan çıxıb, kiminsə, hansısa romanının təqdimatı idi.Dostumuz Əsəd Cahangir əsər barədə fikir bildirərkən bir cümlə işlətdi:

-Bu romanın çatışmayan cəhəti odur ki, əsərdə dövrün ictimai-siyasi mənzərəsi verilməyib!

Bugünün Azərbaycan yazıçısının qarşısında nə vəzifə durur bəs? ŞükürAllaha, biz elə dövrə düşdük ki, maşaallah, faciədən bol olduq. Eləyazmağa da onlardan başlamalıyıq. Tariximizin məsuliyyətli məqamlarındanyan keçib nəsə yarada biləcəyini düşünənlər, ədəbi xoşbəxtliyi“Akvarium”larda, “Notebook”larda, “Şaman duaları”nda “Toz”lardaaxtaranlar ədəbi separatçılıqla məşğuldur!

Qarabağmüharibəsi, siyasi seytnot, sovet hakimiyyətinin xarabalıqları üstündəqurmaq istədiyimiz cəmiyyət və qarşımıza çıxan problemlər. Başverənlərin xalqımızın taleyində oynadığı rol. Bu günün romançısı yazmağabunlardan başlamalıdır məncə. Məsuliyyətli məqamlardan yazarkən əliniürəyinin üstünə qoymaq şərti ilə...