Xəbər lenti

“Ədəbiyyat qəzeti”ndən yoxlamalarla bağlı açıqlama
Ölkə08:35 19.03.2014

“Ədəbiyyat qəzeti”ndən yoxlamalarla bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"“Ədəbiyyat qəzeti”ndə yoxlamaların başlanması haqqında yazılanlar mənasız söhbətlərdir, həqiqətə uyğun deyil".

Bunu APA-ya açıqlamasında “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı deyib.

Onun sözlərinə görə, maliyyə yoxlaması ilə bağlı deyilənlər bəzi jurnalistlərin uydurmasıdır: “Biz qəzet nəşr edirik, ədəbiyyatla bağlı yazılar çap edirik. Bura təsərrüfat müəssisi deyil ki, yoxlama aparılsın. Yayılan məlumat dedi-qodudan başqa bir şey deyil. Məsləhət görürəm ki, yazılanlara, deyilənlərə heç kim inanmasın. Çox adam çox şey yaza bilər”.

 Qeyd edək ki, mətbuatda Yazıçılar Birliyinin aprel ayında keçirilməsi planlaşdırılan qurultayı ərəfəsində “Ədəbiyyat qəzeti”ndə maliyyə yoxlamasının başlaması haqqında məlumat yayılıb.

Qaynar.info