Qusar rayonu Köhnə Xudat bələdiyyəsinin sədri Nazim Vəzirxanov cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən sözügedən bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə protokol tərtib edilib. Həmin maddə bələdiyyə qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində onların surətinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməməsinə görə məsuliyyət nəzərdə tutur.
İşə məhkəmədə baxılıb.
Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, iclasa gəlməyib və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməyib.
Məhkəmənin qərarı ilə bələdiyyə sədri inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunub.
Aydın
Şərhlər