Xəbər lenti

Ədliyyə nazirindən məhkumlara psixoloji yardımla bağlı qərar
Ölkə14:16 22.04.2020

Ədliyyə nazirindən məhkumlara psixoloji yardımla bağlı qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ədliyyə Nazirliyi üzrə bəzi normativ sənədlərin təkmilləşdirilməsi barədə” qərara dəyişiklik edilib.
Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.
Qərar məhkumlara psixoloji yardımın göstərilməsi ilə bağlıdır.
Sənədin 11.9-cu bəndinə edilən dəyişiklikdə bildirilir ki, müvafiq psixoloji yardım Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtləri”nə uyğun olaraq həyata keçirilir.