
Demokratik Təşəbbüslər İnstitutu (İDİ) Ədliyyə Nazirliyini məhkəməyə verib.
Qaynar.info xəbər verir ki, bununla bağlı Demokratik Təşəbbüslər İnstitutu məlumat yayıb.
Məlumatda qeyd olunur ki, təşkilatın sənədləri peşəkar hüquqşünaslar tərəfindən 3-cü dəfə hazırlanaraq Ədliyyə Nazirliyinə göndərilib. Amma nazirlik siyasi səbəblərlə bağlı təşkilatı qeydiyyata almaqdan imtina edir. Qeyd edək ki, artıq institut 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məsələnin mahiyyəti barədə ictimaiyətə geniş məlumat veriləcək.
Qaynar.info