Xəbər lenti

Əflatun Amaşov Elçin Şıxlı ilə görüşəcək
Ölkə17:48 22.05.2014

Əflatun Amaşov Elçin Şıxlı ilə görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
MŞ sədri “ölkədə yox idim, gəldim, problemi birgə müzakirə edəcəyik” dedi 
“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının Mətbuat Şurasından ayrılması və bununla bağlı verdiyi açıqlama medianın gündəmindədir. E.Şıxlı bunun səbəblərinə “Yeni Müsavat”a verdiyi geniş müsahibəsində toxunub: “Söhbət ondan gedir ki, Mətbuat Şurası Azərbaycanın əməkdar jurnalisti, ölkənin ən güclü jurnalistlərindən biri, siyasi icmalçısı, Qarabağ problemini yaxşı bilənlərdən biri, jurnalist Rauf Mirqədirovu çox ağır ittihamla həbs ediblər. 
Mətbuat Şurasının cınqırı da çıxmır. Daha sonra 24 illik tarixi olan ilk müstəqil qəzetlərdən biri və ilk rusdilli müstəqil qəzet “Zerkalo” bağlanmaq təhlükəsindədir, dövriliyini azaltdı və mümkündür ki, ümumiyyətlə bağlanaq. 
Mətbuat Şurasının bundan xəbəri var, yenə də səs-səmiri çıxmır. Yəni heç olmasa, mənə zəng vurub maraqlanmaq olardı ki, bəs nə baş verir, bəlkə bizim bir köməyimiz dəyə bilər, gəl oturaq məsələni araşdıraq, lazımdırsa müəyyən məqamlara yenə də müraciət edək. Amma 24 illik, müstəqillikdən də artıq tarixi olan bir qəzetin bağlanması yaxşı deyil, gəl oturaq məsləhətləşək. Yoxdur bu. Heç olmasa, ictimaiyyət üçün bir açıqlama vermək olardı ki, Rauf Mirqədirovun həbsi bizi Mətbuat Şurası olaraq təəssüfləndirir”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ölkədə olmadığı üçün qəzetin problemləri ilə maraqlana bilməyib: “Gəldiyim gündən etibarən həm ümumi vəziyyətlə, həm də qəzetin durumu ilə yaxından maraqlanıram. Bu gün də Elçin Şıxlı ilə telefonla danışmışam. Qəzetin problemlərini onun dilindən bir daha dinlədim. Bu məsələni müzakirə etmək üçün görüşüb danışacağıq”. 
Ə.Amaşov yaranmış vəziyyətdən çıxış yolunun nədən ibarət olduğunu bilmədiyini deyib. Onun sözlərinə görə, ümumi mənzərəni görmək üçün birgə müzakirələr aparılmalıdır. 
E.Şıxlı da MŞ sədri ilə aralarında telefon danışığının baş tutduğunu və yaxın günlərdə görüşəcəklərini təsdiqləyib. 
Qaynar.info