Xəbər lenti

Əflatun Amaşov: "Həbsdəki jurnalistlərlə bağlı prezidentə müraciət olunmalıdır"
Ölkə08:38 10.03.2018

Əflatun Amaşov: "Həbsdəki jurnalistlərlə bağlı prezidentə müraciət olunmalıdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Həbsxanada olan jurnalistlərin cəzalarının çəkilməmiş hissələrindən azad edilməsi üçün prezidentə müraciət olunmalıdır". 
Qaynarinfo xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Şuranın VII qurultayında hesabat çıxışında deyib.
Şuranın sədri medianın problemlərindən də danışıb: "Hesab edirik ki, müasir dövr media reklamdan və satışdan daha çox qazanmalıdır. Qəzet kağızından əlavə dəyər vergisinin götürülməsi bizim üçün vacib məsələdir. Çap mediası gələcəkdə daha etibarlı arxiv rolunu oynayacaq, ona görə yazılı medianın dövrünün başa çatması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Bu mənada çap medianın satışına geniş imkanlar yaratmalıyıq, qəzet köçkləri ilə yanaşı, metro stansiyalarında da bu imkanlar yaradılmalıdır”.
Əflatun Amaşov bildirib ki, onlayn mediada reklam bazarının istənilən səviyyədə olmamasından onlara dövlət dəstəyi mütləqdir: "Ümumən mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var. Region qəzetlərinə də dəstək olmalıdır”.