Xəbər lenti

Əflatun Amaşov: “Onlayn mediaya sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır”
Ölkə13:18 22.11.2017

Əflatun Amaşov: “Onlayn mediaya sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanda mətbuata ayrılan vəsait qonşu ölkələrlə müqayisədə olduqca aşağıdır. İnformasiya siyasəti sahəsinə büdcədən ayrılan vəsait artırılmalıdır".
Qaynarinfo "Report”a istinadla xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
O bildirib ki, onlayn mediyaya sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır: "Xaricdən olan informasiya təzyiqləri ilə əsasən onlayn media mübarizə aparır. Bu sahəyə sistemli dövlət vəsaiti ayrılmalıdır. Ən azından il ərzində 1 milyon manat ayıra bilsək, tezliklə bunun nəticələrini görərik".