Xəbər lenti

Əfqanıstandakı Azərbaycan sülhməramlıları geri qayıtdı
Ölkə07:26 10.01.2019

Əfqanıstandakı Azərbaycan sülhməramlıları geri qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Ordusunun Əfqanıstan İslam Respublikasındakı bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Qaynarinfo-nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, ordumuz NATO-nun həyata keçirdiyi "Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərir. 
Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.