Xəbər lenti

Əfsanədən Məsut Özilə danlaq
İdman06:00 21.11.2016

Əfsanədən Məsut Özilə danlaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniya millisinin və İngiltərənin “Arsenal” klubunun türkəsilli futbolçusu Məsut Özil yenə tənqid hədəfindədir.

Qaynarinfo.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçini bu dəfə İngiltərə futbolunun canlı əfsanəsi Alan Şirer “danlayıb”. O, Özilin ötən gün “Mançester Yunayted”lə oyunda (1:1) çox zəif təsir bağışladığını deyib:

“Topla olarkən çox yavaş idi. Ötürmələri dəqiq deyildi. Meydanda “Arsenal”ı təmsil edən bütün oyunçular pis təsir bağışlayırdı. Mövsüm boyunca möhtəşəm oynayan Məsut Özil belə yorğun görünürdü və “Mançester Yunayted”ə qarşı çıxış etməyə hazır deyildi. Çox səhvlər edirdi”.

Qeyd edək ki, Özil İngiltərə klubuna yeni transfer olunanda da çox tənqid olunurdu. O, cari mövsüm “topçular”la çıxdığı 15 matçda 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qaynarinfo.Az