Xəbər lenti

Əfsanəvi şahmatçı vəfat etdi
Ölkə19:14 06.06.2016

Əfsanəvi şahmatçı vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Korçnoy şahmatda 1952-ci ildə SSRİ çempionatında debüt edib.

Məşhur sovet şahmatçısı Viktor Korçnoy 85 yaşında dünyasını dəyişib.

Bu barədə məlumat Rusiya Şahmat Federasiyasının rəsmi saytında yerləşdirilib.

Korçnoy şahmatda 1952-ci ildə SSRİ çempionatında debüt edib və altıncı yeri tutub, 1956-cı ildə isə qrossmeyster adını alıb. 

Əfsanəvi şahmatçı 1960-cı ildə SSRİ çempionu olub. Bundan sonra o daha üç dəfə SSRİ birinciliyini qazanıb.

V.Korçnoy 1976-cı ildə İsveçrəyə mühacirət edib 1994-cü ildə bu ölkənin vətəndaşlığını alıb. (oxu.az)

Qaynarinfo.az