Xəbər lenti

Əfşar Süleymani ifadə verdi
Ölkə07:13 19.04.2013

Əfşar Süleymani ifadə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Azərbaycandakı keçmiş səfiri məhkəmədə ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Şəmsiyyə Bəylərqızının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani ifadə verib. O. ifadəsində Ş. Bəylərqızının onun pulunu mənimsədiyini deyib. Ə. Süleymani Ş. Bəylərqızını bağışlamayacağını da qeyd edib.

Proses aprelin 25-də davam etdiriləcək.

Qeyd edək ki, Ş. Bəylərqızı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.

Ə. Süleymani Daxili İşlər Nazirliyinə etdiyi şikayətində Ş. Bəylərqızının ona qarşı dələduzluq etdiyini və 741 min ABŞ dolları məbləğində pulunu mənimsədiyini bildirib.

Həmin şikayət əsasında Ş. Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Qaynar.info