Xəbər lenti

Əfv Komissiyasının iclasları davam edir: 800 müraciətə baxılıb
Ölkə08:57 11.03.2021

Əfv Komissiyasının iclasları davam edir: 800 müraciətə baxılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əfv Komissiyasında 800-dən çox müraciətə baxılıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında Prezident yanında əfv komissiyasının üzvü Əlməmməd Nuriyev deyib. O, hazırda komissiyanın iclaslarının davam etdiyini vurğulayıb:
"Qarşıdakı günlərdə bir neçə iclasın keçirilməsi gözlənilir. Hazırda müraciətlərə baxılır. Bütün müraciətlərlərə baxılıb başa çatandan sonra komissiyanın iclasları yekunlaşacaq. 8 iclas olub. Hər bir iclas 3-5 saat davam edib. Komissiya üst-üstə 30 saat yaxın işləyib, böyük və ətraflı müzakirə aparılıb. Müraciətlərin baxılmasına bütün şərait yaradılıb. Hər bir müraciət diqqətlə araşdırılıb, müvafiq tösiyə xarakterli qərarlar qəbul olunub”.
Əlməmməd Nuriyevin sözlərinə görə, Əfv Komissiyası yekun qərar vermək səlahiyyətinə malik deyil:
"Yekun və qəti qərar qəbul etmək Prezidentin səlahiyyətindədir. Komissiya yalnız təşkilatı, texniki baxımından məsələlərin həlli istiqamətində iş aparır və tövsiyə xarakterli qərarları Prezidentə təqdim edir. Kimin əfv olunub-olunmaması ilə bağlı qərarı Prezident verir. Ümid edirəm ki, Novruz bayramı ərəfəsində Əfv Sərəncamı imzalanacaq”.
Əlməmməd Nuriyev bildirib ki, Əfv Sərəncamının özəl xüsusiyyəti var:
"Sərəncam Vətən Müharibəsindən sonrakı dövrə təsadüf edəcək. Güman ki, bu sərəncam qələbə münasibəti ilə veriləcək”. 
Bahar Rüstəmli