Xəbər lenti

Əfv komissiyasının iclasları təxirə salındı
Ölkə10:58 18.03.2020

Əfv komissiyasının iclasları təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu Novruz bayramında Əfv olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.  
Koronavirus infeksiyası ilə bağlı bütün tədbirlər kimi Əfv komissiyasının iclasları da təxirə salınıb. Hazırda ölkədə bütün diqqət və keçirilən tədbirlər infeksiyanın qarşısının alınmasına yönəlib. Yalnız elektron xidmətlərdən istifadə etməklə bağlı göstərişlər var, bir başa təmas imkanları məhdudlaşdırılıb”.
Əliməmməd Nuriyev belə bir şəraitdə Əfv komissiyasının iclaslarının keçirilməsini mümkünsüz hesab edir.
Bahar Rüstəmli