Ölkə 19:47 31.01.2023

Əfv Komissiyasının növbəti iclasının vaxtı açıqlandı

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası fevralın 7-də keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu gün keçirilən iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, komissiya son iclaslarında indiyə qədər 400-dən çox müraciətə baxıb.