Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
"Report”un xəbərinə görə, iclasda 100-dən çox müraciətə baxılıb. Beləliklə, ümumilikdə, baxılan müraciətlərin sayı 900-ə çatıb. Xatırladaq ki, Əfv Məsələləri Komissiyasına 1000-dək müraciət daxil olub.
Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.