Xəbər lenti

Əhali icra başçılarının həbsini necə qarşıladı?  (VİDEO)
Ölkə15:00 20.12.2019

Əhali icra başçılarının həbsini necə qarşıladı? (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovun müxtəlif şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almağa görə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edildi.
Həmçinin 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədov da çoxsaylı qanun pozuntularına yol verdiyinə görə saxlanılıb.
Ard-arda baş verən həbslər cəmiyyətdə və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qaynarinfo xəbər verir ki, "Report" bu cür xəbərlərin paytaxt sakinləri tərəfindən necə qarşılanması və onların məsələyə münasibəti ilə bağlı sorğu keçirib.
<iframe width="618" height="400" src="https://www.youtube.com/embed/p_EBCvmPl3c" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">