Xəbər lenti

Əhali yanğından zərər çəkənlərə yardım toplayır
Ölkə08:15 20.05.2015

Əhali yanğından zərər çəkənlərə yardım toplayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zəhra Bədəlbəyli dünən Azadlıq prospektində 16 mərtəbəli binada baş verən yanğınla bağlı edilən yardım aksiyası haqqında danışıb.

Anspress-ə verdiyi məlumata görə, yardım aksiyası müvəqqəti olaraq dayandırılıb. "İnsanlar müraciət edərək yanğından zərər çəkənlərə yardım etmək istədiklərini bildiriblər. Lakin hazırda yardımları toplamağı dayandırmışıq. Çünki onları saxlamağa yerimiz yoxdur. Əlimizdə toplanan yardımları paylayandan sonra ehtiyac olarsa, davam etdirəcəyik. Həmin binanın sakinlərinin əksəriyyəti hələlik yardım aksiyası haqqında xəbərdar deyillər. Kimin daha çox ehtiyacı olduğunu, nəyə ehtiyacı olduğunu müəyyən edəndən sonra yardımlar paylanacaq. Lakin biz müraciət edənlərə də kömək edirik", - deyə o bildirib.

Xatırladaq ki, mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib. Hadisə nəticəsində 15 nəfər ölüb, onlarla insan yaralanıb. 

Kərimova Ayan Anar qızıdır 5 yaş

Hüseynov Ayxan Şahin oğludur 2 yaş

Məhərrəmova Fərəh Elnur qızı 2 yaş 7 aylıq

Bağırov Sahib Rəhim oğlu 46 yaş

Kərimova Nazilə Malik qızı 39 yaş 

Bağırova Firəngiz Rəhim qızı 60 yaş

Şirinova Zülfiyyə Yavər qızı 43 yaş

Nəcəfzadə Yaşar Fazil oğludur 27 yaş 

Eyvazov Davud Hamir oğlu 16 yaş 

Eyvazova Ülkər Hamir qızıdır 20 yaş

Həsənova Alla Antonovna 58 yaş 

Utuyevsil Yuri Vladimroviç 67 yaş 

Yəhyayeva Elmira Əliağa qızı 68 yaş

Boykova Lyubov Viktorovna 87 yaş

Qaynar.info