Xəbər lenti

Əhalinin rifahı niyə pisləşir?  - Ekspert
Ekonomiks 11:22 20.06.2022

Əhalinin rifahı niyə pisləşir?  - Ekspert

"Büdcəni böyüdən əsas amil yüksək inflyasiyadır. Bu faktı elə gömrük yığımlarına münasibətdə aydın görmək olur”.
 
Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev açıqlama verib.
 
2022-ci ilin büdcə sənədlərinə münasibət bildirərkən ekspert bəyan edib ki, büdcə gəlirləri təsdiqlənmiş variantla müqayisədə təxminən 9 faiz və ya 2.3 mlrd. manat artırılır:
 
”Yeni büdcədə gömrük orqanlarına 335 mln. manat əlavə öhdəlik müəyyən edilib. 2022-ci ilin 4 ayının nəticələrinə görə isə gömrük idxalı real ifadədə 5 faiz azaldığı halda, qiymət artımı nəticəsində nominal ifadədə 20 faiz artıb”. Ekspertə görə,  bu fakt təkcə idxal mallarının bahalaşması ilə il ərzində cibumizdən 400 mln. manata yaxın əlavə pulun çıxarılacağını göstərir”.

R. Ağayevin sözlərinə görə, Azərbaycanın istehlak bazarının idxaldan yüksək asılığığı var. Bu asılılığın səviyyəsini nəzərə alanda idxalın real həcminin azalması ev təsərrüfatlarının alıcılıq qabiliyyətinin azalmasından dolayı tələbin azalmasına işarə edir:
 
”Yəni, statisitkanın yüksək artm rəqəmlərinə baxmayaraq əhalinin rifahı pisləşir. Azərbaycanda kəmiyyətcə iqtisadi böyümənin həyat səviyyəsilə əlaqəsinin indiki səviyyədə itməsi son 15 ildə müşahidə edilməmişdi”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->