Xəbər lenti

Əhaliyə xəbərdarlıq!
Ölkə11:30 10.03.2015

Əhaliyə xəbərdarlıq!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə bağlı əhaliyə xəbərdarlıq edib. 

Nazirliyin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, xəbərdarlı yanğın təhlükəsinin qarşısını almaq üçün 

Novruz bayramında yarana biləcək yanğın təhlükəsilə bağlı bir sıra qaydaları bilmək vacibdir:

Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır.

Tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

Tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

Yandırılan şamlar nəzarətsiz qalmamalıdır;

Əgər pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Yadda saxlayın: qapalı məkanda atəşfəşanlıq etmək olmaz!

Unutmaq olmaz ki, qaydalara biganəlik həyat üçün təhlükədir!

Təhlükə zamanı 112-yə zəng etmək lazımdır!

Qaynar.info