
Qaynar.info-nun verdiyi xəbərə görə, Ə. Abıyev jurnalistin ona unvanladığı "Ümumiyyətlə, Milli Şurada gedən son proseslərə münasibətiniz necədir?" sualına gözlənilməz cavab verib.
Ə. Abıyev deyib ki, "Əgər yadınıza gəlirsə, mən hələ bir neçə ay əvvəl demişdim ki, Rüstəm İbrahimbəyov bu adamları axırda qoyub qaçacaq. Bunlar da yiyəsiz adam kimi qalacaqlar. İndi mən deyənlər reallaşır. Nəticə göz qabağındadır. Hələ baxarsız, müxalifətin özü də prezident İlham Əliyevə səs verəcək. Mən bunu sənə deyirəm. Əgər müxalifət səs verməsə, o zaman mən kişi deyiləm."
Qaynar.info