Xəbər lenti

Əhəd Abıyevin də adı milyonluq qalmaqalda
Ölkə06:47 14.08.2014

Əhəd Abıyevin də adı milyonluq qalmaqalda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daşkəsəninin icra başçısı Əhəd Abıyev və “Vüsel” şirkətinin rəhbəri Tahir Hüseynov Daşkəsən şəhərində evlərin dam örtüyünü dəyişmək adı altında 1 milyon manat mənimsəyiblər. 

Qaynar.info xəbər verir ki, bu barədə pia.az-a məlumat daxil olub. 

Bildirilir ki, Əhəd Abıyev rayon ayrılan vəsaitləri və daxili büdcədən ayırdığı pulları məhz Tahir Hüseynovun “Vüsel” şirkəti vasitəsi ilə həyata keçirir. Daha doğrusu, icra başçısı ilə şirkət rəhbəri əl-ələ verərək büdcə pullarını "yuyurlar".

Məlumatda vurğulanır ki, rayon mərkəzindəki bina evlərinin dam örütklərinin və fasadlarının yenilənməsi üçün ayrılan 1 milyon manata yaxın vəsait icra başçısı Əhəd Abıyev tərəfindən mənimsənilib. Bildirilir ki, 1 milyonluq layihə daxili tenderlə Əhəd Abıyevin ortağı Tahir Hüseynovun «Vüsel» şirkətinə verilib. Amma adı çəkilən şirkət bir neçə binaların dam örtüklərini dəyişməklə işini bitmiş hesab edib. Ayrılan vəsaitin 50 faizini əvvəlcədən Əhəd Abıyev nəqdləşdirərək götürüb. Qalan vəsait isə «Vüsel» şirkətinin rəhbəri Tahir Hüseynov da daxil olmaqla bir neçə məsul şəxsin arasında bölüşdürülüb. Mənbə bildirir ki, ayrılan vəsaitin təqribən 200 min manatı nəzərdə tutulan işlərə sərf olunub. Qalan vəsait isə Tahir Hüseynov, Əhəd Abıyevin müavini Namiq Süleymanov və bir neçə digər məsul şəxs tərəfindən mənimsənilib.

Məlumatda o da qeyd olunur ki, hazırda rayon mərkəzində yalnız İcra Hakimiyyətinin binasının təmiri başa çatmaq üzrədir. İnzibati binanın tikintisini və təmirini  isə yenə də «Vüsel» şirkəti həyata keçirilir. Rayonnun daxili büdsəsi hesabına tikilən İcra Hakimiyyəinin binasına 4,2 milyon manat vəsait ayrılasa da, görülən işlər heç də bu vəsaiti əhatə edəcək səviyyədə deyil. Bildirilir ki, icra başçısıs Əhəd Abıyev vaxtının çox hissəsini  Bakı şəhərində keçirtdiyi üçün inzibati binanın tikintisinə və təmirinə nəzarəti müavini Namiq Süleymanov həyata keçirir.

Xatırladaq ki, “Vüsel” şirkəti Daşkəsən rayonunda Zağal-Kollu-Çıraqlı kəndlər arası yollarının tikintisini həyata keçirdib. Həmin yolun ümumi tikintisinə 13 milyon manat vəsait xərclənib. Rayondakı mənbənin PİA.AZ-a verdiyi verdiyi məlumata görə 13 milyon manata tikilən yolun bəzi hissələri artıq dağılmağa başlayıb. Halbuki yolun lahiyyəsində dağılmamaq müddəti ən azı 15 il hesablanıb. Ancaq Əhəd Abıyevlə Tahir Hüseynov “cütlüyünün” çəkdikləri Zağal-Kollu-Çıraqlı kəndlər arası yolunun ömrü belə getsə, heç 3 il də çəkməyəcək.

Qaynar.info