Xəbər lenti

Şəhid ailəsinin yaşadığı məhəlləyə küçə qaz xətti çəkildi (VİDEO)
Ölkə16:11 20.12.2022

Şəhid ailəsinin yaşadığı məhəlləyə küçə qaz xətti çəkildi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR "Azəriqaz” İstehsalat Birliyi Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinin, qazilərin, bu qəbildən olan əhali kateqoriyasına aid şəxslərin müraciətlərinə hər zaman xüsusi həssaslıqla yanaşır. Şəhid ailəsi SOCAR "Azəriqaz” İB-yə müraciət edərək fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib.
Qaynarinfo xəbər verir ki, daxil olan müraciət dərhal nəzarətə götürülüb və icrası istiqamətində işlərə başlanılıb.
130 metr uzunluğunda diametri 76 mm olan polad boru ilə küçə qaz xətti çəkilib, fərdi yaşayış evinə sayğac quraşdırılıb.
Bununla da şəhid ailəsinin etdiyi müraciət qısa zamanda həllini tapıb.