Tovuz rayonunun Hacallı kəndində yaşayan şəhid anası Nabat Rzayeva qaz problemi ilə üzləşib.
Şəhid anası bununla bağlı yuxarı instansiyalara müraciət ünvanyalıb. Müraciətin bir surəti də Qaynarinfo-nun redaksiyasına daxil olub.
Nabat Rzayeva yazır ki, Tovuz rayonunun Hacallı kəndində evi var. Lakin evə qaz çəkilişi problemə çevrilib. Nabat Rzayevanın sözlərinə görə, kənddə torpaq islahatı aparılmadığı üçün evinin lazımi sənədlərini ala bilməyib.
"Sənəd olmadığına görə də evimə qaz çəkdirə bilmirəm. Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Bildiriblər ki, onlarlıq bir iş yoxdur və məni "Azəriqaz”a yönləndiriblər. Bu qurumdan isə aldəğım cavabda qeyd edilib ki, evin sənədi olmalıdır. Mən başa düşürəm ki, qanunvericilik belə tələb edir. Amma yaşadığım evin sənədsiz olması mənim təqsirim deyil. Mən istəsəm belə, sənəd ala bilmirəm. Çünki dediyim kimi, kənddə torpaq islahatı aparılmayıb. Ona görə də bir çox evin, o cümlədən mənim evimin sənədi yoxdur və ala da bilmirəm. İndi mən etməliyəm?! Bu soyuqda donmalıyam?!”, deyə şəhid anası müraciətində qeyd edib.
Nabat Rzayeavın sözlərinə görə, digər evlər qaz və elektriklə təchiz edilib: "Başqa evlərin qazı da, var işığı var. Bəs onlara necə çəkilib?”.
Şikayətçi sonda bir daha müvafiq orqanlardan bu məsələnin həllində ona yardımçı olmalarını xahiş edib.
Qeyd edək ki, Nabat Rzayeva şəhid Namiq Rzayevin anasıdır. Namiq Rzayev Birin Qarabağ savaşında Tovuz rayonunun Əlibəyli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Seyid
Şərhlər