Xəbər lenti

Şəhid olanlardan ikisi polkovnik-leytenantdır (FOTO)
Ölkə08:24 27.09.2023

Şəhid olanlardan ikisi polkovnik-leytenantdır (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçularımızın arasında yüksəkrütbəli şəxslər də var. 
Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlardan ikisi polkovnik-leytenant rütbəsi daşıyıb.
Həmin iki şəxsdən biri DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu Hüseynov Rəşad Rəhim oğludur. Gəncədə yerləşən N saylı hərbi hissədə xidmət edən və antiterror tədbirlərində dəstə rəhbəri kimi iştirak edərkən şəhid olan 1980-ci il təvəllüdlü R.Hüseynov Şirvan şəhərində dəfn edilib.
Şəhid olan digər polkovnik-leytenant isə Müdafiə Nazirliyinin hərbçisi Vüsal Rüstəmovdur. 1984-cü il təvəllüdlü V.Rüstəmov Xaçmaz rayonunda dəfn edilib.
Şəhid polkovnik-leytenant Rəşad Hüseynov

Şəhid polkovnik-leytenant Vüsal Rüstəmov