Xəbər lenti

Şəhid Səbuhi Əhmədovun qardaşına qarşı dələduzluq edilib
Ölkə11:51 27.10.2022

Şəhid Səbuhi Əhmədovun qardaşına qarşı dələduzluq edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova qarşı dələduzluq edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə onun dostu sosial şəbəkədə post paylaşıb. Bildirilib ki, Səbuhinin qardaşı Sənana xarici nömrədən zəng edilib. Zəngi edən şəxs bloger Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək pul köçürmək üçün Sənandan hesab nömrəsi istəyib. Sənan hesab nömrəsini deyib. Daha sonra ondan mesajla göndərilən kodu deməsi istənilib. Kodu deyən kimi kart hesabındakı pullar çəkilib: "Zəngi edən şəxs Sənanın şəhid qardaşı olduğunu bilib və Azərbaycan dilində danışırmış. Zəng edilən nömrə: +7939803-81-83”
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məsələnin nəzarətə götürüldüyünü deyib: "Hazırda araşdırma aparılır, nəticəsi barədə məlumat veriləcək".