"Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım”.
Qaynarinfo xəbər verir ki, bu sözləri gənc müğənni Hiss, Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovla bağlı üzüntüsünü ifadə edərkən yazıb. Müğənni şəhidlə olan fotosunu sosial şəbəkədə paylaşıb. Fotodan görünür ki, müğənni şəhid Səbuhi Əhmədovla eyni uşaq evində böyüyübmüş.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədov SOS uşaq evində böyüyüb.
Bahar