Ölkə 14:08 12.11.2022

Şəhid xəbəri yayılandan sonra sağ qayıtmışdı - Toyuna məmurlar da gəldi

Vətən müharibəsi dövründə şəhid xəbəri yayılan, lakin daha sonra sağ olduğu üzə çıxan hərbçimiz Vəliəhəd Vəliyevin toyu olub.

"Qafqazinfo” xəbər verir ki, ordumuzun zabiti ötən gün ailə həyatı qurub. Toyda Ombudsman Səbinə Əliyeva və Lənkəranın icra başçısı Taleh Qaraşov da iştirak edib.

Qeyd edək ki, 2020-ci il oktyabrın 30-da Zəngilan istiqamətində şəhid olduğu deyilən V.Vəliyev Lənkəranın Bala Şürük kəndindəndir. Onun sonradan erməni əsirliyində olduğu bəlli olmuşdu. Vəliəhəd 52 gün sonra Azərbaycana təhvil verilmişdi.