Ölkə 10:11 01.07.2022

Şəhidin adını daşıyan məktəb uça bilər (FOTOLAR)

Şəhid Əziz Əliyevin adını daşıyan Ucar rayonu Qazyan kənd 2 nömrəli məktəb uçmaq təhlükəsi ilə üz-üzədir. 

Qaynarinfo xəbər verir ki, sosial şəbəkələrdə sözügedən məktəbin təhlükəli vəziyyətdə olduğunu əks etdirən fotolar yayılıb. 

Şəbəkə istifadəçisi Zakir İsmayıl bildirib ki, şəhid Əziz Əliyevin adını daşıyan məktəbin vəziyyəti barədə dəfələrlə məsələ qaldırıb: "Ucarın millət vəkili və Ucar rayon İcra Hakimiyyətinə də məsələ ilə bağlı müraciət ünvanlamışam. Hər iki tərəfdən bu beşilliyin planında məktəbin təmiri nəzərdə tutulduğu bildirilib. Amma hələ məktəb təmir olunmayıb”. 

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məktəbin təmiri nazirliyin diqqətindədir: 

"Həm Təhsil Nazirliyi, həm də Heydər Əliyev Fondu tərəfindən imkan daxilində bütün məktəblərin təmiri ilə bağlı işlər aparılır. Yəqin ki, həmin məktəbin təmiri ilə bağlı qərar qəbul olunacaq, narahat olmağa əsas yoxdur”. 

Bahar Rüstəmli