Xəbər lenti

Ölkə 12:26 12.01.2023

Əhməd İsmayılov: "Media subyektlərinin vergidən azad edilməsinə dair qanun layihəsi hazırlanıb" (FOTO)

Bakı Biznes Mərkəzində Medianın İnkişafı  Agentliyinin (MEDİA) hesabat konfransı keçirilir. 

Qaynarinfo xəbər verir ki, tədbirdə MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov çıxış edərək görülən işlər və qurumun hədəfləri barədə məlumat verir.

Əhməd İsmayılov bildirib kii, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edən qanun layihəsi hazırlanıb. O qeyd edib ki, qanun layihsinə əsasən, media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, istehsal etdikləri media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən azad edilməsini ehtiva edir.

Əhməd İsmayılov bildirib ki, qanun layihəsi maraqlı orqanlarla tam razılaşdırılıb və hökumətdə baxılmaqdadır.

MEDİA rəhbəri çap mediasının inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi ilə bağlı strateji planın hazırlandığını və aidiyyəti üzrə təqdim edildiyini deyib. Qeyd edib ki, region mediasının inkişafı ilə bağlı da diaqnostik icmal hazırlanmaqdadır: 

"Onu da bildirim ki, milli məzmun, sosial reklam və ictimai faydalı elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri barədə beynəlxalq təcrübənin təhlili və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->