Xəbər lenti

Ehtiyatda olan zabitlər çağrılacaq - SƏFƏRBƏRLİK
Ölkə09:26 14.02.2013

Ehtiyatda olan zabitlər çağrılacaq - SƏFƏRBƏRLİK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda ehtiyatda olan zabitlərin hərbi toplanışlara çağırılması planlaşdırılır.

Qaynar.info xəbər verir ki, bu barədə APA-ya Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Toplanışların bərpası ehtiyatda olan zabitlərin hazırlıq səviyyəsini təkmilləşdirmək məqsədi daşıyır. Hazırda bununla bağlı SHÇDX-də müvafiq sənədləşmələr aparılır və yeni qaydalar hazırlanır. Bu çərçivədə qanunvericilikdə müəyyən olunmuş toplanışda olma müddətinə yenidən baxılması və müddətin azaldılması nəzərdə tutulur.

İlkin mərhələdə ehtiyatda olan xüsusi ixtisaslı zabitlərin, həmçinin ali və orta ixtisas təhsilli tibb işçilərinin toplanışları təşkil olunacaq.

Qeyd edək ki, hazırda qanunvericiliklə ehtiyatda olan hər bir zabit üçün toplanış müddəti 2 aydır.

Qaynar.info