Xəbər lenti

Əkbər İsmayılova general-mayor rütbəsi verildi
Ölkə05:45 02.07.2021

Əkbər İsmayılova general-mayor rütbəsi verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyevin sərəncamı ilə ali xüsusi rütbə alan zabitlər arasında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov da var.
Qaynarinfo-nun xəbərinə görə, sərəncamla Bakı Şəhər Baş Polis İdarəsinin rəisi polis polkovniki Əkbər Məcid oğlu İsmayılova polis general-mayoru ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 2020-ci ilin noyabr ayında imzaladığı əmrlə Ə.İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.