
Ötən gecə saat 23.30 radələrində Sabirabad rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.
Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Kürkəndi kəndində 1984-cü il təvəllüdlü Samir Novruzovun idarə etdiyi "Nissan" markalı minik avtomobil 1986-cı il təvəllüdlü Tural Bağırovun idarə etdiyi "Tofaş" markalı minik avtomobililə toqquşub. Nəticədə "Nissan" markalı avtomobili yanıb. Yanğın saat 00:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü hadisə yerində vəfat edib.Qeyd edək ki, "Tofaş" markalı minik avtomobilinin sürücüsü İTV-nın əməkdaşı Tural Bağırovdur. O, çəkilişə "Tofaş" markalı xidməti maşında gedirmiş.
Allah rəhmət eləsin.