Xəbər lenti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı ŞOK İDDİA
Ölkə08:09 13.06.2014

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı ŞOK İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sahibkarlardan alınan 100 minlərlə vəsaiti kimlər mənimsəyir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə bağlı yeni iddialar ortaya çıxıb. 

Qaynar.info-ya daxil olan məlumata görə, yay mövsümü ilə bağlı hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti sahibkarlarla müqavilə bağlayaraq  meşələrin bir hissəsini 5 illik müqavilə əsasında əhaliyə iaşə xidməti göstərmək üçün sahibkarlara verir. Həmin müqavilələrdə illik icarə haqqı 200-300 manat göstərilir.  Bu hesabla ödəniş günə 1 manat da eləmir. Ancaq məsələnin başqa tərəfləri də var. 

Belə ki, nazirliyin əməkdaşları sahibkarlardan qeyri-leqal yolla böyük məbləğdə pul alırlar. Bu məbləğin də azından 2000-3000 manat civarında olduğu bildirilir. Bu da müqavilədə göstərilən rəqəmdən 10 dəfə artıq olur. 

Sözügedən istirahət obyektlərində qiymətlərin baha olduğunu da qeyri-leqal yolla alınan bu məbləğlərlə bağlı olduğunu deyən mənbə bildirir ki, sahibkarla bunu özləri də dəfələrlə etiraf ediblər. 

Mənbə bildirir ki, sahibkarlardan həmin məbləği tələb edən nazirlik əməkdaşları bu "haqq-hesabı"ın rəhbərliyə çatdığını, göstərişin də məhz rəhbərlik tərəfindən verildiyini deyirlər. Göründüyü kimi, 100 minlərlə vəsait heç bir sənəddə əks olunmadan yox çıxır. Bu pulların hansı məqsədlərlə xərcləndiyi isə açıqlanmır. Qeyri-qanuni yolla əldə edilən və mənimsənilən 100 minlərin həmçinin korrupsiya faktı olduğu da sirr deyil. 

Əldə etdiyimiz məlumata görə hazırda rayonlarda bu problem yaşanır. Mənbə iddia edir ki, bununla bağlı Nabran, Quba, Qusar, Ağstafa, Qazax bölgələrindən kifayət qədər şikayət var. İddia etmirik ki, bu pullar nazirliyin və sözügedən departamentin əməkdaşlarının dediyi kimi rəhbərliyə çatır. Amma bu sahə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun nəzarətində olduğuna görə, onun və sözügedən nazirliyin bu məsələyə münasibət bildirməsi olduqca vacibdir. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info