Xəbər lenti

Ekoloqdan xəbərdarlıq:
Ölkə 11:58 06.05.2026

Ekoloqdan xəbərdarlıq: "Kürün suyu qırmızı xətti keçdikdə..."

"Əgər yağıntılı hava şəraiti davam edərsə, çaylarda sululuğ artacaq və bu isə daşqınlara səbəb ola bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev deyib. 

O bildirib ki, proqnozlara əsasən, yağıntılı hava şəraiti davam edəcək:

"Bu gün görünən vəziyyət budur. Yağışlar yağdıqca daşqın-sel təhlükəsi olmaq ehtimalını artırır. Düşünürəm ki, yağıntılar bir müddətdən sonra dayanacaq və çaylarda suyun səviyyəsi əvvəlki normal halına qayıdacaq. Ancaq hələ proses gedir".
 


Xosrov Musayev Azərbaycanda su kanallarının çoxunun torpaq mənşəli olduğunu bildirib:

"Bu kanallarda sızma ehtimalı çoxdur. Bu da hansısa kanalda, yaxud da bənddə zəif yer tapsa, axıntıya səbəb olacaq. Nəticədə bu Kür çayının daşmasına səbəb olacaq. Qabaqlayıcı tədbirlər görülməlidir ki, ətraf mühit ziyan görməsin. Selin qarşısını almaq üçün mütləq qabaqlayıcı tədbirlər görülməsi vacibdir. Çünki yağışlar davam edir. Kürün suyu qırmızı xətti keçdikdə onu saxlamaq olmur, belə olduqda bəndlərin yarılma ehtimalı çoxdur. Odur ki, Kür çayının ehtiyyatlarını azaltmaq üçün onu müxtəlif su kanllarına buraxırlar".

Xosrov Musayevin sözlərinə görə, sel-daşqınları böyük fəlakətə gətirə bilər.

Bahar Rüstəmli
--> -->