Xəbər lenti

Əkrəm Əylisli prokurorluğa çağırılı
Ölkə15:50 05.09.2016

Əkrəm Əylisli prokurorluğa çağırılı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yazıçı Əkrəm Əylisli Bakı şəhər Prokurorluğuna çağırılıb. Vəkil Elçin Sadıqov APA-ya açıqlamasında sentyabrın 6-da prokurorluğa dəvət olunduqlarını bildirib.

Qeyd edək ki, Ə. Əylisli martın 30-da Heydər Əliyev beynəlxalq havalimanında saxlanılıb, sonra isə sərbəst buraxılıb. 

Onun barəsində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib. Yazıçıya qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə qaldırılmış cinayət işi sonradan Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib.

Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Qaynarinfo.Az