Xəbər lenti

Əkrəm Əylisli qadınları təbrik etdi
Ölkə13:23 07.03.2013

Əkrəm Əylisli qadınları təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Daş yuxular” romanı ilə ölkə eləcə də, dünya mətbuatında geniş əks-səda yaradan Əkrəm Əylisli Azərbaycan qadınlarını təbrik edib.

Yazıçı AzVision.az vasitəsilə 8 mart təbrikini xanımlara çatdırıb. 

“Mən qadınlarımızın hamısına işıq, sevinc, ümid dolu il arzulayıram. Axı 8 martda qadınlar üçün yeni il başlayır. Ürəyimin ən isti duyğularını, ən səmimi arzularımı çatdırıram. Mən tost deməyi o qədər də bacarmıram. Amma ürəyimin ən nəcib hisslərini, ən yaxşı arzularını onlara göndərirəm. Allah onları bu il yəni bu 8 martdan gələn 8 marta qədər xoşbəxtlik, rahatlıq, sülh, əmin amanlıq içində saxlasın”. 

Ə.Əylisli 8 martda təbrik edəcəyi qadınların çoxluq təşkil etdiyini bildirib. “Təbrik edəcəyim çox xanım var. Həyat yoldaşım, gəlinim, dostlarım, eləcə də yaxşı jurnalist dostlarım, yazarları təbrik edəcəm”-deyə, yazıçı qeyd edib. 

Qaynar.info