Xəbər lenti

Eks nazir müavini vəfat etdi - FOTO
Ölkə06:06 14.07.2016

Eks nazir müavini vəfat etdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan təhsil nazirinin keçmiş müavini, pedaqoq, şair, ictimai xadim Ənvər Nəzərli 90 yaşında vəfat edib.

“Report” xəbər verir ki, Ə.Nəzərli doğulduğu Şamaxı rayonunda dəfn olunub. 

Qeyd edək ki, Ənvər Əşrəf oğlu Nəzərli 1926-cı il yanvar ayının 13-də Şamaxı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Ağsu rayonunun Gədəli kəndində, Bakının Kürdəxanı və Maştağa qəsəbələrində müəllim, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, Şəki Şəhər Partiya Komitəsinin ikinci katibi, Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirinin müavini vəzifələrində çalışıb.

Ə.Nəzərli bir sıra şeir kitablarının müəllifidir. O, “Xalqlar dostluğu” və “Şərəf” nişanı ordenləri ilə təltif edilib. 

Qaynarinfo.Az